"Selfi qalmaqalı" böyüyür: Melonidən Trampa gözlənilməz CAVAB

"Selfi qalmaqalı" böyüyür: Melonidən Trampa gözlənilməz CAVAB Dünya

"Mənim populyarlığımın sizə aidiyyəti yoxdur".

News24.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampın onun barəsində dediyi sözlərə cavab olaraq bildirib. Qeyd edək ki, Tramp daha əvvəl G7 sammitində Meloninin dəfələrlə ona selfi çəkdirmək barədə müraciət etdiyini və bununla da reytinqini yüksəltmək arzusunda olduğunu deyib. Meloni bu iddianı təkzib edib.

Ardınca Tramp "hücumunu" "Truth Social"da da davam etdirib. Ağ Ev rəhbəri Meloninin populyarlıq qazanmaq üçün ABŞ ilə dost olmaq istədiyini yazıb.

Meloni isə cavabında bildirib ki, Trampla dostluq onun reytinqinə qətiyyən təsir göstərmir, populyarlığı isə onunla münasibətdən deyil, İtaliyanın maraqlarını müdafiəsindən asılıdır.

"İstənilən halda, mənim populyarlığımın sizə heç bir aidiyyəti yoxdur. Siz öz populyarlığınıza köklənin", – İtaliyanın Baş naziri qeyd edib.

"Selfi qalmaqalı" böyüyür: Melonidən Trampa gözlənilməz CAVAB