SEPAH ABŞ hərbi obyektlərinə yeni zərbələr endirdi

SEPAH ABŞ hərbi obyektlərinə yeni zərbələr endirdi Dünya

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki ABŞ obyektlərinə qarşı cavab zərbələrinin beşinci mərhələsinin həyata keçirildiyini bəyan edib.

News24.az xəbər verir ki, Bəhreynin Cüffeyr bölgəsində yerləşən ABŞ hərbi infrastrukturu hədəfə alınıb.

Həmçinin Omanda ABŞ-yə məxsus uzaqmənzilli radiolokasiya stansiyalarının (FPS) və dəniz radarlarının məhv edildiyi bildirilib.

Bundan əlavə, SEPAH ABŞ-nin daha əvvəl İranın Mahşəhr şəhərində yerləşən kənd təsərrüfatı üçün istifadə olunan su nasosuna zərbə endirdiyini də iddia edib.