SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirdi

SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirdi Dünya

İran Küveyt və Bəhreyndə yerləşən dörd ABŞ bazasına zərbələr endirib.

News24.az xəbər verir ki, bu barədə “Press TV” telekanalı SEPAH-a istinadən məlumat yayıb.

"ABŞ-nin razılaşmaları pozmasına qarşı cavab tədbirlərinin ilk mərhələsində SEPAH-ın Hərbi Dəniz və Aerokosmik Qüvvələri birgə əməliyyat keçirib. Düşmənin ölkənin müxtəlif bölgələrinə zərbələr endirməsindən bir neçə saat sonra Küveytdəki Ərifcan və Əli əs-Salim, Bəhreyndəki Əl-Cüffeyr və Şeyx İsa ABŞ bazalarında yerləşən əsas infrastruktura və obyektlərə zərbələr endirib", – deyə bildirilib.

SEPAH, həmçinin ABŞ-nin hücumları dayandırılmayacağı təqdirdə bölgədəki Amerika obyektlərinə qarşı hücumların genişləndiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, cümə axşamına keçən gecə ABŞ ordusu İranın cənub və şimal bölgələrinə zərbələr endirib. Ümumilikdə təxminən 90 hücum həyata keçirilib.