SEPAH ABŞ-nin Küveytdəki aviabazasını vurdu
Dünya
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdə yerləşən Əhməd əl-Cabir aviabazasındakı qırıcı təyyarələrin anqarlarına, peyk rabitə sistemlərinə və avadanlıq anbarlarına hücum edib.
News24.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
Məlumata görə, Küveytdəki bu aviabaza ABŞ-nin hava kəşfiyyatı və dəstək əməliyyatlarında mühüm rol oynayır və Amerika ordusunun hava dəstəyi təmin edən əsas mərkəzlərindən biri hesab olunur.