SEPAH ABŞ-yə məxsus kəşfiyyat dronunu məhv etdiyini açıqladı

SEPAH ABŞ-yə məxsus kəşfiyyat dronunu məhv etdiyini açıqladı Dünya

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Keşm adası üzərində ABŞ-yə məxsus "MQ-1" pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu, həmin bölgədə zərərsizləşdirilən sayca 16-cı "MQ-1" PUA-sıdır.

Hadisə ilə bağlı əlavə təfərrüat açıqlanmayıb.

Qeyd edək ki, "MQ-1" kəşfiyyat və zərbə məqsədilə istifadə olunan pilotsuz uçuş aparatıdır.