SEPAH generalı Yəməndə öldürülüb?

SEPAH generalı Yəməndə öldürülüb? Dünya

İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının Yəməndəki komandanı general Əbdürrza Şəhlayinin öldürüldüyü bildirilib.

News24.az xəbər verir ki, Şəhlayi Yəmənin Hudeyda bölgəsinə endirilən hava zərbələri nəticəsində həlak olub.

Hadisə zamanı onunla yanaşı daha dörd SEPAH üzvünün də öldürüldüyü açıqlanıb.

Qeyd edək ki, Əbdürrza Şəhlayi SEPAH-ın Qüds Qüvvələrinin Yəməndəki fəaliyyəti ilə əlaqələndirilən şəxslərdən biri hesab olunur. Onun öldürülməsi ilə bağlı hələlik İran rəsmiləri heç bir açıqlama verməyib.