SEPAH müdafiə nazirinin öldürüldüyünü təsdiqlədi
Dünya
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin müdafiə naziri general-leytenant Əziz Nəsirzadənin ABŞ və İsrailin hava hücumu nəticəsində həlak olduğunu təsdiqləyib.
News24.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.
Bəyanat vurğulanıb ki, onun ölümü İran silahlı qüvvələri və xalqı üçün ağır itkidir.
Həmçinin qeyd olunub ki, bu, milli birliyi gücləndirəcək, iri müdafiə proqramlarının həyata keçirilməsini sürətləndirəcək və ölkənin milli maraqların qorunmasında strateji qətiyyətini artıracaq.
Xatırladaq ki, Ə.Nəsirzadənin ölümü ilə bağlı ötən İsrail mediası məlumat yaymışdı.