Serbiyada etirazçılar telekanalın studiyasına hücum etdilər

Serbiyada etirazçılar telekanalın studiyasına hücum etdilər Dünya

Serbiyada etirazçılar “TV Informer” telekanalının redaksiyasına daxil olublar.

News24.az xəbər verir ki, təxminən 20 nəfər media qurumunun sahibi Draqan Vuçeviç və telekanalın əməkdaşları ilə mübahisə ediblər.

Daha sonra hadisə yerinə gələn polis etirazçıları binadan çıxarıb.

Qeyd edək ki, bazar günü Serbiyada parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə görə, müxalif “Tələbə siyahısı” qrupu 52,54 faiz səs toplayıb.

Keçmiş prezident Aleksandr Vuçiçin ətrafında formalaşan “Vahid Serbiya” koalisiyası isə 39,29 faiz səs əldə edib.

Keçmiş dövlət başçısı bir gün əvvəl tərəfdarlarının məğlubiyyətini etiraf edib.