Serbiyada tarixi bina Tramp üçün söküləcək

Serbiyada tarixi bina Tramp üçün söküləcək Dünya

Belqradın mərkəzində ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin təşəbbüsü ilə “Trump Tower” adlı lüks göydələn tikiləcək.

News24.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Təxminən 500 milyon dollarlıq kompleks, 1999-cu ildə NATO-nun bombardmanları nəticəsində dağıdılan və uzun illər qeyri-rəsmi memorial kimi qəbul edilən keçmiş Yuqoslaviya ordusunun qərargahının yerində inşa olunacaq.

Layihənin reallaşması üçün parlament bina üzərindən “mədəni irs” statusunu götürən və tikintini “milli əhəmiyyətli layihə” elan edən xüsusi qanun qəbul edib.

Müxalifət qərarı sərt şəkildə tənqid edib. Solçu siyasətçi Marinika Tepiç bildirib: “Bir vaxtlar bombaların düşdüyü yerdə indi siz şampan içməyi planlaşdırırsınız.”

Prezident Aleksandar Vuçiç isə layihəni müdafiə edərək, onun ABŞ-la münasibətləri möhkəmləndirəcəyini bildirib.