Serbiyada tramvay binaya çırpıldı – VİDEO
Dünya
Serbiyanın paytaxtı Belqradda ağır yol qəzası baş verib. Kara Duşan küçəsində tramvay relslərdən çıxaraq Kniçaninovo küçəsinin kəsişməsində yerləşən binaya çırpılıb.
News24.az xəbər verir ki, qəza yerli vaxtda 09:30-da baş verib.
Hadisə nəticəsində azı 12 nəfərin yaralandığı bildirilir.
Hadisə yerinə xilasedicilər, o cümlədən bir neçə təcili tibbi yardım briqadası göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır. (Trend)