Sərhədlər sərtləşdi, axın dayandı: Almaniyada rekord azalma
Dünya
Almaniyada sığınacaq almaq üçün edilən ilkin müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
News24.az xəbər verir ki, BILD nəşrinin məlumatına görə, bu ilin iyul ayında ölkədə 4 311 ilkin sığınacaq müraciəti qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50 faiz, 2024-cü ilin iyul ayı ilə müqayisədə isə 75 faiz azdır.
Almaniyanın daxili işlər naziri Alexander Dobrindt bunu hökumətin daha sərt miqrasiya siyasətinin nəticəsi kimi qiymətləndirib.
Nazirin sözlərinə görə, Almaniya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün ardıcıl tədbirlər görməyə davam edir və bu siyasət öz effektivliyini göstərir.
Mütəxəssislər isə bildirirlər ki, sığınacaq müraciətlərinin azalmasına Almaniyanın quru sərhədlərində mərhələli şəkildə daimi sərhəd nəzarətinin tətbiqi, eləcə də Balkan ölkələrinin insan alveri və qeyri-qanuni miqrasiyaya qarşı daha sərt mövqe tutması təsir göstərib.