Sərinişin avtobusları toqquşdu - Ölənlər var - Bu ölkədə
Dünya
Banqladeşdə sərnişin avtobusları toqquşub.
News24.az xəbər verir ki, qəza paytaxt Dəkkədən təxminən 240 kilometr şimal-şərqdə yerləşən Silhet bölgəsində baş verib.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Polis əməkdaşlarının məlumatına görə, qəza nəticəsində ilkin olaraq 8 nəfər həlak olub, 25 nəfər isə yaralanıb.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib və ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır.