Sərnişin təyyarəsi tərs çevrildi: - 18 nəfər...
Dünya
ABŞ-ın Minneapolis şəhərindən Kanadanın Toronto şəhərinə uçan Delta Air Lines sərnişin təyyarəsi eniş etdiyi Toronto Pearson Beynəlxalq Hava Limanında tərs çevrilib.
News24.az xəbər verir ki, qəzada möcüzə nəticəsində ölən olmayıb, 80 sərnişini olan təyyarədə 18 nəfər xəsarət alıb.
Təyyarənin yerləşdiyi əraziyə çoxlu sayda təcili yardım qrupu göndərilib. Aeroport rəsmiləri təyyarədəki bütün sərnişinlərə və ekipaj üzvlərinə çatdıqlarını bildiriblər.
Polis qəzanın səbəbinin hələlik məlum olmadığını, sərnişinlərin əksəriyyətinin təyyarədən təxliyyə edildiyini və onlara heç bir zərər dəymədiyini bildirib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Bildirilib ki, şirkət qəzaya görə gün ərzində Toronto Pearson Beynəlxalq Hava Limanından həyata keçirməyi planlaşdırdığı digər reyslərini də ləğv edib.
Delta Hava Yolları qəzanın səbəbi ilə bağlı açıqlama verməsə də, Kanada mətbuatı hadisə zamanı bölgədə güclü küləyin əsdiyinə diqqət çəkib.
Günel Məlikzadə