Sərxoş qadın şəhərə pulsuz getmək üçün təcili yardım çağırdı

Sərxoş qadın şəhərə pulsuz getmək üçün təcili yardım çağırdı Dünya

Rusiyanın Buryatiya Respublikasında sərxoş qadın şəhərin mərkəzinə pulsuz getmək məqsədilə təcili tibbi yardım briqadası çağırıb.

News24.az xəbər verir ki, bu barədə respublikanın Milli Qvardiyasının mətbuat xidməti məlumat yayıb.

Təcili yardım əməkdaşları qadının çağırışına gəldikdə, o, əvvəlcə tibbi yardım istəyib.

Lakin həkimlər təzyiqini ölçməyə çalışarkən qadın aqressiv davranmağa, tibb işçilərini təhqir etməyə və qışqırmağa başlayıb.

O, müayinədən imtina edərək şəhər mərkəzinə aparılmasını tələb edib.

Tibb işçilərinin sözlərinə görə, qadın bu məqsədlə təcili yardımı ilk dəfə çağırmayıb.

Təcili yardım əməkdaşları həyəcan düyməsinə basıblar.

Hadisə yerinə gələn Milli Qvardiyanın əməkdaşları 40 yaşlı qadını sakitləşdirərək polis bölməsinə aparıblar.