Sərxoş sərnişin təyyarədə stüardessalara hücum etdi
Dünya
Dubaydan Sankt-Peterburqa uçan təyyarədə sərxoş sərnişin bələdçilərə hücum edib.
News24.az xəbər verir ki, 27 yaşlı Sankt-Peterburq sakini sərxoş vəziyyətdə aqressiv davranıb və təyyarə heyətinin tələblərinə tabe olmayıb. O, stüardessalarla mübahisə edib və onlara bir neçə dəfə zərbə endirib.
Təyyarə Pulkovo Hava limanına enəndən sonra sərnişin polislər tərəfindən saxlanılıb.
Onu 7 ilədək həbs cəzası gözləyir.