Səs-küylü istefalar: - hökumət təhlükəli səviyyəyə düşdü

Səs-küylü istefalar: - hökumət təhlükəli səviyyəyə düşdü Dünya

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno hakim Liberal Demokrat Partiyası (LDP) üçün siyasi ianələrin toplanması zamanı maliyyə hesabatlarının pozulması ilə bağlı qalmaqaldan sonra istefa verib. 

News24.az xəbər verir ki, bu barədə o, arzusu ilə bağlı Baş nazir Kisidaya məlumat verdiyini açıqlayıb.

Qalmaqal LDP-nin bir neçə fraksiyasını, əsasən mərhum keçmiş baş nazir Şinzo Abenin ən böyük partiyadaxili qrupunu əhatə edir və artıq hökumətin təsdiq reytinqinin "təhlükəli səviyyə" hesab edilən 23%-ə yaxın rekord aşağı düşməsinə səbəb olub.  

Bundan əvvəl Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Yasutoşi Nişimura, Kənd Təsərrüfatı Departamentinin rəhbəri İçiro Miyaşita və İnzibati işlər naziri Junji Suzuki də istefa ərizələrini təqdim ediblər.

Ayşən