Səudiyyə Ərəbistanında fövqəladə xəbərdarlıq edildi

Səudiyyə Ərəbistanında fövqəladə xəbərdarlıq edildi Dünya

Səudiyyə Ərəbistanın Yəməndə husilərin hücumlarına məruz qalan Məkkə, Ciddə və Taif də daxil olmaqla bəzi bölgələrində fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq edilib.

News24.az xəbər verir ki, Səudiyyə Ərəbistanın Mülki Müdafiə Baş İdarəsi baş verə biləcək fövqəladə hallarla bağlı xəbərdarlıq yayıb.

Sakinlərə həyat və əmlaklarını qorumaq üçün Mülki Müdafiə qruplarının təlimatlarına əməl etmək, toplaşma yerlərindən uzaq durmaq, foto və video çəkməmək tövsiyə olunub.

Daha sonra Mülki Müdafiə Baş İdarəsi təhdidin sona çatdığını açıqlayıb.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanı paytaxt Sənaya dron hücumları həyata keçirməkdə günahlandırıb və qisas alacaqları ilə bağlı xəbərdarlıq ediblər.