Səudiyyə Ərəbistanı Yəmənə 60 milyon dollar ayırdı

Səudiyyə Ərəbistanı Yəmənə 60 milyon dollar ayırdı Dünya

Səudiyyə Ərəbistanı Yəmən hökumətinə 60 milyon dollar məbləğində maliyyə dəstəyi verib.

News24.az xəbər verir ki, vəsait dövlət maaşlarının və əməliyyat xərclərinin ödənilməsinə yönəldiləcək.

Məlumata görə, yeni maliyyələşdirmə Yəməndə büdcə kəsirinin azaldılmasına və dövlət iqtisadiyyatında pul dövriyyəsinin yaxşılaşdırılmasına kömək edəcək.