Səudiyyə Ərəbistanında yenidən təhlükə siqnalı verildi
Dünya
Səudiyyə Ərəbistanının Yanbu şəhərində erkən xəbərdarlıq sistemləri işə salınıb, lakin bir müddət sonra təhlükənin keçdiyi bildirilib.
News24.az xəbər verir ki, Mülki Müdafiə İdarəsi sakinləri sakit olmağa və rəsmi qurumların göstərişlərinə əməl etməyə çağırıb. İnsanlara təhlükə sovuşana qədər təhlükəsiz yerdə qalmaq tövsiyə olunub.
Bundan başqa, Səudiyyə Ərəbistanının şərqindəki Şərqiyyə bölgəsinə yönələn pilotsuz uçuş aparatının məhv edildiyi açıqlanıb. Bu barədə Ərəb Koalisiyasının sözçüsü Turki əl-Maliki məlumat verib.
Qeyd edək ki, Yəməndəki husilər daha əvvəl də Səudiyyə Ərəbistanının müxtəlif bölgələrinə raket və dron hücumları həyata keçiriblər.