Səudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir
Dünya
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman "Barselona"nı 10 milyard avroya almaq istəyir.
News24.az xəbər verir ki, lakin "Barselona"nın tam hüquqlu üzvləri, həmçinin klubun prezident seçkilərində iştirak etmək hüququna malik şəxslər, azarkeşlər və digər həmtəsisçilər bu alışa maneə yarada bilərlər.
Çünki kataloniya təmsilçisi onların da qanuni mülkiyyəti hesab olunur. Seçkilərə və klubun idarəolunmasına nəzarət edirlər. Buna baxmayaraq Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu "Barselona"ya vəsait yatırmaq niyyətindədir.
Hazırda klubun 2,5 milyard avro borcu olduğu bildirilir.