Sevgilisini bəyənmədilər, qadını qaçırdılar – 5 nəfər tutuldu
Dünya
Rumıniyada 32 yaşlı qadın yeni sevgilisi ilə münasibətinə qarşı çıxan qohumları tərəfindən qaçırılıb.
News24.az xəbər verir ki, qadın sevgilisi ilə kafedə olarkən zorla avtomobilə mindirilərək aparılıb.
Polis qısa müddət sonra şübhəli avtomobili saxlayıb. Maşında qadınla yanaşı, dörd kişi və bir qadın olmaqla beş şübhəli aşkarlanıb.
Araşdırma zamanı onların qadının qohumları olduğu və qaçırılmanın onun münasibətinə qarşı çıxmaları səbəbindən baş verdiyi müəyyənləşib. Saxlanılanlar arasında qadının bacısı, qaynı və keçmiş sevgilisi də var.
Məhkəmənin qərarı ilə beş nəfər istintaq müddətində 30 gün həbsdə saxlanılacaq.