Sevgilisini eyvandan aşağı atan kişi həbs edildi
Dünya
Rusiyada sevgilisini eyvandan aşağı itələyən kişi həbs edilib.
News24.az xəbər verir ki, hadisə Stavropol diyarının İzobilnenski rayonunda baş verib.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs tanışı ilə birlikdə spirtli içki qəbul edib.
Qadının onunla intim münasibətdə olmaq istəməməsi səbəbindən aralarında mübahisə yaranıb.
Qəzəblənən kişi 59 yaşlı qadını ikinci mərtəbədə yerləşən mənzilin eyvanından aşağı itələyib.
Qadın vaxtında göstərilən tibbi yardım sayəsində sağ qalıb.
Hadisə ilə bağlı cinayət işi açılıb və məhkəmə təqsirləndirilən şəxsi 6 il müddətinə həbs edib.