Sevgilisini zorladı və girov saxladı - Rusiyada dəhşətli cinayət
Dünya
Rusiyada keçmiş sevgilisini bağ evində zorlayıb girov saxlayan kişi həbs edilib.
News24.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Müstəntiqlərin sözlərinə görə, təqsirləndirilən şəxs kömək təklifi bəhanəsi ilə keçmiş sevgilisinin Zaiqraevski rayonundakı bağ evinə gəlib. O, qadına hücum çəkərək bir neçə dəfə təcavüz edib və daha sonra onu zorla evdə saxlayıb.
Zərərçəkmiş hadisədən xeyli sonra baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına xəbər verib və bundan sonra təcavüzkar saxlanılıb. Ona qarşı zorlama və qanunsuz azadlıqdan məhrumetmə cəzası ilə bağlı cinayət işləri açılıb və o, haqqında həbs qətimkan tədbiri seçilib.