"Sevilən şəxsiyyət" – Tramp Orbanı təriflədi
Dünya
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-yə səfər edib. Ağ Evdə Baş nazirlə ABŞ lideri Donald Tramp arasında görüş başlayıb.
News24.az xəbər verir ki, tərəflər Rusiya-Ukrayna müharibəsi mövzusunda ətrafına danışıb.
Tramp Orbandan “düşünürsünüz ki, Ukrayna qalib gələ bilməz?” deyə soruşub. Orban isə cavabında “möcüzə hər zaman baş verə bilər” deyib.
Donald Tramp Macarıstanın Rusiyadan neft və qaz almağa məcbur olduğunu bildirib və bu addımı müdafiə edib.
“Macarıstanın başqa ölkələrdən neft və qaz almağı çox çətindir, çünki onların portları yoxdur,” – deyə Tramp bildirib.
O, həmçinin əlavə edib ki, “bir çox Avropa ölkələrinin belə problemi yoxdur, amma onlar da Rusiyadan neft və qaz alırlar.”
Görüş əsnasında Tramp Orbanı “böyük lider”, “təsirli insan” və “sevilən şəxsiyyət” adlandırıb.