Şolts yenidən Putinlə danışacaq

Şolts yenidən Putinlə danışacaq Dünya


Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə "T-online" xəbər portalına müsahibəsində deyib.

Şolts Putinlə yenidən əlaqə saxlamağa hazır olub-olmadığını soruşduqda "Mən bunu istərdim" cavabını verib.

Bundan əlavə, Almaniya hökumətinin başçısı bir daha vurğulayıb ki, o, NATO qoşunlarının Ukraynaya göndərilməsi ideyası ilə heç vaxt razılaşmayacaq .