Şoyqu: - Rusiya ordusu əsgərlərinin sayını 1,5 milyona çatdıracaq

Şoyqu: - Rusiya ordusu əsgərlərinin sayını 1,5 milyona çatdıracaq Dünya
Rusiyanın müdafiə naziri Sergey Şoyqu  2023-cü ildən 2026-cı ilə qədər ordunun qərargahında böyük dəyişikliklərin ediləcəyini bildirib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, o, ordudakı əsgərlərin sayının 1,5 milyona çatdırılacağını açıqlayıb.

Müdafiə naziri onu da əlavə edib ki, orduda “Moskva və Leninqrad” adlanan 2 yeni strateji hərbi zona yaradılacaq.

Qumral Əliyeva