Silahlarımız iki hissəyə bölünə bilər – Zelenski
Dünya
Hazırda dəniz dronlarımızın sayı istifadə etdiyimizdən iki dəfə çoxdur.
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Ukrayna bütün silahları ixrac edə bilməz, çünki bəzi silahlar ölkənin öz ehtiyacı üçün lazımdır. Bununla yanaşı, Ukraynanın əlində artilleriya sistemləri də var və bunlarda ixrac potensialı görülür.
Zelenski qeyd edib ki, müttəfiqlərin Ukraynada silah istehsalını 100 faiz maliyyələşdirmələri ölkəsi üçün çox yaxşı olardı, daha sonra isə istehsal olunan silahlar iki hissəyə bölünərdi. Ukrayna Prezidenti deyib ki, bununla belə, bəzi ölkələr hazırda öz paylarını Kiyevə verməyə razıdırlar.