Simonyan İrəvanın meri olmaq istəyir - Gərgin mübarizə başladı

Simonyan İrəvanın meri olmaq istəyir - Gərgin mübarizə başladı Dünya

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İrəvan meri olmaq istəyir.

News24.az xəbər verir ki, onunla hazırkı şəhər meri Tiqran Avinyan arasında sərt mübarizə başlayıb.

Məlumata görə, İrəvanda növbəti seçkilərə hələ 2 il qalsa da, Təhlükəsizlik Şurasının katibi indidən bu vəzifəni özünə uyğun görür.

Simonyan yaxın çevrəsinə növbəti mer olacağını bildirib. O iddia edib ki, reytinqi yüksəkdir və hakim "Vətəndaş Müqaviləsi" partiyasının idarə heyəti onun namizədliyinin lehinə qərar qəbul etməlidir.

Lakin Avinyan da təslim olmaq niyyətində deyil.

Mer öz komandasına bu postun ondan alınmasına imkan verməyəcəyini bəyan edib.