Simonyan özündən 20 yaş kiçik modellə nikah bağlayır

Simonyan özündən 20 yaş kiçik modellə nikah bağlayır Dünya

Ermənistan parlamentinin sədri Alen Simonyan və sevgilisi, model Anela Qubryan rəsmi nikaha daxil olmaq üçün müraciət ediblər.

News24.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Cütlük artıq Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinə (VVAQ) müraciət edib.

Məlumata görə, Alen Simonyan və Anela Qubryan yaxın vaxtlarda ailə qurmağa hazırlaşırlar. Toy mərasiminin keçiriləcəyi tarix və məkan barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Simonyan ötən il jurnalist Mariam Marqaryan ilə boşanıb. Onların bu nikahdan iki övladı var.

Onu da əlavə edək ki, Alen Simonyanın yeni sevgilisi Anela Qubryan ondan təxminən 20 yaş kiçikdir.