Simonyan: "Paşinyana səs vermək üçün zəhərli göbələk yemək lazımdır"
Dünya
“Nikol Paşinyan narkotik eksperimentləri baxımından artıq Zelenskini də geridə qoyub”.
News24.az xəbər verir ki, bu sözləri RT və “Rusiya Seqodnya” media qrupunun baş redaktoru Marqarita Simonyan deyib.
“Təəccüblüdür ki, bu, hələ 2018-ci ildən də məlum idi. O vaxtdan bəlli idi ki, Paşinyan hakimiyyətə anti-Rusiya şüarları ilə gəlib. Rusiyanın onunla razılaşması mümkün deyil, sadəcə, o, vaxt udur, sonra daha böyük və daha sərfəli şərtlərlə yenidən danışıqlar aparmaq üçün məqam gözləyir”, - deyə Simonyan bildirib.
Simonyan həmçinin qeyd edib ki, Paşinyana səs vermək yalnız güclü, hallüsinasiya yaradan narkotik və "göbələklərin təsiri" altında mümkün ola bilər.
"Vladimir Solovyov ilə" proqramın efirində çıxış edən Simonyan əlavə edib ki, əgər Ermənistan vətəndaşları ölkənin hazırkı baş nazirini dəstəkləyirlərsə, onlara çörək və buğda göndərmək lazımdır, çünki onların göbələk yemək vərdişi var.
Bundan başqa, Simonyan Ermənistan vətəndaşı olmadığı üçün Allaha şükür etdiyini deyib və Rusiya Ermənistansız da keçinə bilər, amma Ermənistan Rusiyasız keçinə bilməz fikrini səsləndirib. /Vesti.ru