Simonyan vəzifədən gedir?

Simonyan vəzifədən gedir? Dünya

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır.

Newa24.az xəbər verir ki, məlumatı Ermənistanın ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinə təsdiqləyib.

Qeyd olunub ki, yeni konstitusiya qəbul ediləcəyi təqdirdə, Ermənistan Təhlükəsizlik Şurasının katibi olunan Alen Simonyan hazırkı vəzifəsini itirəcək.

Qəzet həmçinin bildirir ki, Simonyan şəxsi söhbətlərində 2028-ci il seçkilərində İrəvan meri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu ifadə edib.