Səmada “Hörümçək Adam” şousu etdi - Maraqla qarşılandı
Dünya
Rusiyanın Surqut şəhərində pilot Yelena Dikolenko hava şousunda “Hörümçək Adam” obrazında çıxış edib.
News24.az. xəbər verir ki, “Barsa” akrobatika komandasının pilotu xüsusi geyimdə uçuş zamanı müxtəlif mürəkkəb manevrlər nümayiş etdirib. Çıxışın görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra böyük maraq doğurub.
Dikolenko paylaşımına “Sənin mehriban pilotun” sözlərini yazıb.