Sofiyada federasiya prezidenti öldürüldü: 2 türk saxlanıldı
Dünya
Sofiyada Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, yerli Taekvondo Federasiyasının prezidenti Slavi Binev öldürülüb.
News24.az xəbər verir ki, bu barədə "Nova" telekanalı məlumat yayıb.
Bildirilib ki, o, başından güllələnib.
Qətl barədə məlumat alındıqdan təxminən 1 saat sonra yerli polis "Trayanın qapıları" tuneli rayonunda 3 nəfəri – bir Bolqarıstan vətəndaşını, iki Türkiyə vətəndaşını saxlayıb.
Cinayətin motivinin nizama salınmamış maliyyə münasibətləri olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.