Solomon adalarında güclü zəlzələ baş verdi

Solomon adalarında güclü zəlzələ baş verdi Dünya

Solomon adalarında Santa Kruz arxipelaqının sahillərində 6,2 maqnitudada zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri Vanuatu Respublikasına aid olan və təxminən 1,1 min insanın yaşadığı Sola şəhərindən 289 km şimal-qərbdə, ocağı təxminən 53 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.