Son iki ildə dünyada 189 jurnalist öldürülüb
Dünya
2024-2025-ci illərdə dünyada öldürülən jurnalistlərin sayı əvvəlki iki illə müqayisədə 20 faiz artaraq 189 nəfərə çatıb.
News24.az xəbər verir ki, bu barədə UNESCO-nun hesabatında bildirilib.
Hesabata görə, bu göstərici 2014-2015-ci illərdən bəri ən yüksək səviyyəyə çatıb. Jurnalistlərin əksəriyyəti silahlı münaqişələr zamanı, o cümlədən pilotsuz uçuş aparatlarının hücumları nəticəsində həyatını itirib.
Ən çox ölüm ərəb ölkələrində qeydə alınıb. Bu bölgədə 97, Latın Amerikası və Karib hövzəsi ölkələrində isə 37 media nümayəndəsi öldürülüb.
Hesabata əsasən, son iki ildə Fələstində ən azı 62, Ukraynada 12, Rusiyada isə iki jurnalist həlak olub.