Sosial şəbəkələrə yaş tələbi gəlir - Tarix açıqlandı
Dünya
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqı üzrə sosial şəbəkələrdən istifadədə yaş məhdudiyyətinin tətbiqinin nəzərdə tutulması ilə bağlı təşəbbüs qaldıracaq.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrda təqdim olunacaq bu təklif rəqəmsal platformaları müəyyən edilmiş yaş həddinə çatmayan uşaqların hesab yaratmasının qarşısını almağa məcbur edəcək.
Minimum yaş həddi və yaşın yoxlanılması mexanizmi ilə bağlı yekun qərar isə hələ verilməyib.
Qeyd edək ki, Fransa, İspaniya, Almaniya, Danimarka və Yunanıstan artıq uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qaydalar hazırlayır.
Avstraliya isə 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdə qeydiyyatını qadağan edən ilk ölkə olub.