Şoyquya qarşı sui-qəsd cəhdi olub – Rusiya KİV
Dünya
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya qarşı sui-qəsd cəhdi olub. İddiaya görə, onu Moskvanın Troekurovskoye qəbiristanlığında partlatmağa çalışıblar.
News24.az Rusiya mediasına istinadla xəbər verir ki, sui-qəsdin təşkilatçıları plana iki rusiyalı narkomanı, Mərkəzi Asiyadan olan bir miqrantı və Kiyevdən olan bir nəfəri cəlb ediblər.
Məlumatda bildirilir ki, onlar Şoyqunun qohumlarını ziyarət etmə vaxtını izləmək üçün gül vazasına gizlin kamera quraşdırıblar. Şübhəlilər FTX tərəfindən saxlanılıb.
Məsələ üzrə rəsmi təsdiqlənmiş detallara hələlik geniş şəkildə yer verilmir.