İsrail Livandan qoşunlarını çıxaracaq? – Tramp açıqladı

İsrail Livandan qoşunlarını çıxaracaq? – Tramp açıqladı Dünya

ABŞ Prezidenti Donald Tramp İsrailin Cənubi Livandakı hərbi qüvvələrini çıxarmağı planlaşdırdığını açıqlayıb.

News24.az xəbər verir ki, Tramp bu barədə Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraa ilə görüşü zamanı danışıb.

“Bu məsələni İsrailin baş naziri ilə müzakirə etmişəm. Düşünürəm ki, onlar bunu edəcəklər, çünki istəyirlər”, – deyə Tramp bildirib.

ABŞ dövlət katibi Marko Rubio isə tərəflər arasında razılaşmanın əldə olunduğunu vurğulayıb.

Xatırladaq ki, iyunun 26-da Livan və İsrail ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən beş raund danışıqlardan sonra çərçivə sazişi imzalayıblar. Sazişə əsasən, Livan Silahlı Qüvvələri mərhələli şəkildə ölkənin bütün ərazisində effektiv suveren nəzarəti bərpa edəcək. Bununla yanaşı, qeyri-hökumət silahlı birləşmələrinin tərksilah edilməsi və onların hərbi infrastrukturunun ləğvi nəzərdə tutulur. Bu prosesin tamamlanmasından sonra İsrail qoşunlarının Cənubi Livandan çıxarılması üçün şərait yaranacaq. (Globalinfo.az)