İsrail Livanla bağlı ABŞ-dən razılıq almaq istəyir

İsrail Livanla bağlı ABŞ-dən razılıq almaq istəyir Dünya

İsrail ABŞ-yə müraciət edərək ölkənin Müdafiə Ordusunun Livan ərazisindəki fəaliyyətinin genişləndirilməsinə razılıq verilməsini istəyib.

News24.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Qüds Vaşinqtonun müsbət mövqe sərgiləyəcəyinə ümid edir.

Buna səbəb həm ABŞ ilə İran arasında aparılan danışıqlarda, həm də İsrail-Livan dialoqunda irəliləyişin olmamasıdır.

Qeyd edək ki, mayın 31-də İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, ölkə ordusu Livanda Litani çayının şimalında yerləşən mühüm strateji yüksəklik üzərində nəzarəti ələ keçirib. Həmin ərazidə səlibçilərə məxsus qədim Bofor qalası yerləşir.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, İsrail Müdafiə Ordusu Livandakı əməliyyatlarını genişləndirir və strateji əhəmiyyət daşıyan bölgələri nəzarətə götürür.