İsrail Əraqçı və Qalibafın təyyarəsini hədəf aldı - ABŞ planları pozdu
Dünya
İran və ABŞ arasında bu yaz aparılan danışıqlar zamanı Vaşinqton İsrailin İranın xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmmədbağır Qalibafı hədəfə ala biləcəyindən narahat olub.
News24.az xəbər verir ki, ABŞ rəsmiləri belə bir addımın tərəflər arasında aparılan danışıqları poza biləcəyini düşünüblər.
Bildirilib ki, ABŞ-İran arasında atəşkəs və anlaşma memorandumu üzrə danışıqlar davam etdiyi dövrdə İsrail qırıcıları Əraqçı və Qalibafın olduğu təyyarəni hədəfə almaq məqsədilə İran hava məkanına daxil olub.
Məlumata əsasən, ABŞ bu barədə region ölkələri vasitəsilə İrana xəbər çatdırıb.
Bundan sonra sözügedən təyyarənin Məşhəd hava limanına təcili eniş etdiyi iddia olunur. /Euronews/