İstanbulda məktəbdə bıçaqlı hücum – 8 şagird yaralandı

İstanbulda məktəbdə bıçaqlı hücum – 8 şagird yaralandı Dünya

İstanbulun Başakşehir rayonunda 15 yaşlı məktəbli qız bıçaqla şagirdlərə hücum edib.

News24.az xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.

İlkin məlumata görə, hücum nəticəsində azı beş şagird yaralanaraq xəstəxanaya yerləşdirilib. Rayon rəhbərliyinin açıqlamasında isə yeddi şagirdin yaralandığı, onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

Məlumata görə, hücum edən şəxs başqa məktəbin 10-cu sinif şagirdidir. O, məktəb ərazisinə daxil olaraq şagirdlərə bıçaqla hücum edib.

Məktəbin təhlükəsizlik əməkdaşı müdaxilə edərək qızın qarşısını alıb. Polis onu saxlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Hücumun səbəbi hələlik məlum deyil.