“Starbucks” 250 mağazasını bağlayır

“Starbucks” 250 mağazasını bağlayır Dünya

“Starbucks” Şimali Amerikada 250 mağazasını bağlamağa hazırlaşır.

News24.az xəbər verir ki, bu, şirkətin son bir ildə həyata keçirdiyi ikinci böyük bağlanma dalğasıdır.

Şirkət bildirir ki, bağlanacaq məkanlar ya kifayət qədər gəlir gətirmir, ya da müştərilər və əməkdaşlar üçün nəzərdə tutulan xidmət səviyyəsini təmin edə bilmir.

Qeyd edək ki, “Starbucks” ötən ilin sentyabrında Şimali Amerika və Avropada 627 mağazasını bağlayıb.

Şirkəti bu bağlanmalarla əlaqədar ümumilikdə 300 milyon dollar həcmində restrukturizasiya xərci gözləyir.