Starlink Ukrayna ordusunu... - General xəbərdarlıq etdi
Dünya
Ukrayna Silahlı Qüvvələrinin Starlink peyk rabitə sistemindən ayrılması ölkənin hərbi imkanlarına ciddi təsir göstərə bilər.
News24.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-leytenant Apti Alaudinov “RİA Novosti”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusunun rabitə sistemlərinin böyük hissəsi Starlink üzərindən fəaliyyət göstərir. Həmçinin Ukrayna qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş aparatlarının əksəriyyətinin də bu sistemdən yararlandığı iddia olunur.
Alaudinov qeyd edib ki, Starlink xidmətinin dayandırılması Ukrayna ordusunun fəaliyyətinə, xüsusilə də Rusiyanın dərinliklərinə pilotsuz uçuş aparatları ilə hücumların həyata keçirilməsinə ciddi maneələr yarada bilər.
Daha əvvəl “The Wall Street Journal” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin müəyyən şərtlər daxilində Rusiyanın neft emalı zavodlarına zərbələri 100 gün müddətinə dayandırmağa hazır olduğu barədə məlumat yayıb.