İstilik pulunu ödəyə bilməyən 87 qadın soyuqdan öldü
Dünya
87 yaşlı Barbara Bolton istilik pulunu ödəyə bilmədiyi üçün hipotermiyadan (bədənin tempratururnun aşağı düşməsi) ölüb.
News24.az xəbər verir ki, hadisə İngiltərədə yaşanıb.
Barbara Bolton 11 dekabr 2022-ci ildə ağciyər xəstəliyi ilə xəstəxanaya yerləşdirilib. Yanvarın 5-də o, tibb müəssisəsində dünyasını dəyişib.
Məhkəmə-tibbi ekspertiza müəyyən edib ki, yaşlı qadın sağlamlığını zəiflədən və yoluxucu xəstəliyin gedişatını sürətləndirən hipotermiyanın təsirindən ölüb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Yanvarın 6-da məlum olub ki, qazın və işığın qiymətinin qalxmasına görə, avropalıların dörddə birindən çoxu evlərini qızdıra bilmir. Bundan əlavə, hər dörd nəfərdən biri pul çatışmazlığı səbəbindən ən azı ildə bir dəfə borcunu vaxtında ödəyə bilməyib.
Ekspertlərin fikrincə, Avropa İttifaqı və Böyük Britaniyada mənzil-kommunal xidmətlərin qiymətinin bu qədər kəskin artması Rusiya əleyhinə sanksiyalarla bağlıdır.
Teymur MƏMMƏDOV