Stubb Ukraynadakı münaqişənin nə zaman bitəcəyini açıqladı
Dünya
Finlandiya prezidenti Aleksandr Stubb Moskvanın NATO ölkələrinə hücuma hazırlaşdığına şübhə etdiyini bildirib.
News24.az xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb. Siyasətçi İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Klassonun Rusiyanın "Alyansın gücünü sınamaq" istəyi ilə bağlı son açıqlamalarına münasibət bildirib.
"Prezident və baş komandan bunun baş verə biləcəyinə dair heç bir dəlil görmür", - deyə o, İsveç dilində nəşr olunan "Hufvudstadsbladet" qəzetinə verdiyi müsahibədə vurğulayıb.
Stubb həmçinin əlavə edib ki, Ukraynadakı münaqişə ən azı 3-4 ay davam edəcək.