Sudanda kütləvi qətllər dünyanı silkələdi, BMT hərəkətə keçdi

Sudanda kütləvi qətllər dünyanı silkələdi, BMT hərəkətə keçdi Dünya

BMT-nin İnsan Hüquqları Şurası Sudanın Əl-Faşir şəhərindəki vəziyyətlə əlaqədar təcili iclas çağıracaq. Qərar şəhərin silahlı qruplaşmalar tərəfindən ələ keçirilməsi zamanı baş verən kütləvi qətllərlə bağlı ciddi narahatlıqlar fonunda qəbul edilib.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

BMT-nin məlumatına görə, şəhərin ələ keçirilməsi zamanı yüzlərlə mülki şəxs və silahsız döyüşçü öldürülüb. Birləşmiş Krallıq, İrlandiya, Almaniya, Niderland və Norveçin rəhbərliyi ilə irəli sürülən təklifi 50-dən çox dövlət dəstəkləyib. Bu say şuranın hazırkı üzvlərinin üçdə birindən çoxunu təşkil edir.

Sessiyanın noyabrın 14-də keçiriləcəyi bildirilib.

Sudan hökuməti isə hadisəyə beynəlxalq səviyyədə nəzarətə qarşı çıxır. Ölkənin BMT-dəki səfiri Həsən Həmid Həsən jurnalistlərə açıqlamasında bildirib ki, Sudanın tədbirlə bağlı mövqeyi hələ müəyyənləşdirilməyib.