Sudandakı faciədə ölənlərin sayı artdı
Dünya
Sudanın Çevik Dəstək Qüvvələrinin (HDK) nəzarətindəki Nuhud şəhərində yerləşən Zera qızıl mədənində baş verən uçqunda ölənlərin sayı 82 nəfərə çatıb.
News24.az xəbər verir ki, onlarla şəxsdən hələ də xəbər yoxdur.
Hadisə ilə bağlı uçqundan sağ çıxan Hayr əs-Seyyid Cəbəra torpaq və qaya parçalarının təmizlənməsi üçün lazımi ağır texnikanın olmadığını bildirib.
O, 30 metrdən çox dərinlikdə qalan şəxslərə çatmaqda ciddi çətinlik çəkdiklərini deyib.
Onun sözlərinə görə, uçqun mədən quyularından birində başlayıb və bir-biri ilə əlaqəli digər quyulara yayılıb.
Axtarış-xilasetmə işlərində yalnız özəl şirkətə məxsus bir ağır texnikadan istifadə etmək mümkün olub.