Süni intellekt modelləri insanları öldürməyə hazırdır

Süni intellekt modelləri insanları öldürməyə hazırdır Dünya

ABŞ-nin “Vals AI” şirkətinin araşdırmasına görə, aparıcı süni intellekt modelləri hərbi əməliyyatlarla bağlı sınaqlarda insanları, o cümlədən mülki şəxsləri və yaralı hərbçiləri hədəf kimi müəyyənləşdirib.

News24.az xəbər verir ki, sınaqlar zamanı modellər dron və peyk görüntülərini təhlil edərək hədəfləri seçmək tapşırıqlarını yerinə yetiriblər. Bəzi hallarda məktəbləri və təcili yardım maşınlarını da hədəf kimi göstəriblər.

Tədqiqatçılar bildiriblər ki, mövcud təhlükəsizlik mexanizmləri süni intellektin avtonom hərbi sistemlərdə istifadəsinin qarşısını almaq üçün kifayət deyil.

Araşdırmanın nəticələri “OpenAI”, “Google”, “Anthropic” və digər texnologiya şirkətlərinə təqdim edilib.