Süni intellektlə biletini saxtalaşdırdı, uçuşdan çıxarıldı
Dünya
Türk Hava Yollarının sərnişini ekonom sinif biletini süni intellektlə biznes sinifə dəyişib. Nəticədə o, saxta biletə görə uçuşdan kənarlaşdırılıb.
News24.az xəbər verir ki, İstanbuldan İzmirə uçan sərnişin 23-cü sırada yer alsa da, təyyarəyə minərkən dördüncü sırada oturacağı olduğunu göstərən saxta sənəd təqdim edib.
Sərnişinlərin yoxlanılması zamanı kabindəki şəxslərin sayı ilə rezervasiya sistemindəki məlumatlar arasında uyğunsuzluq aşkarlanıb. Araşdırma zamanı kişinin elektron biletindəki oturacaq nömrəsini dəyişdirmək üçün süni intellektdən istifadə etdiyi məlum olub.
Hadisədən sonra təyyarə dayanacağa qaytarılıb və sərnişin uçuşdan kənarlaşdırılıb. Ona qaydaları pozduğuna görə xəbərdarlıq edilib.
Məlumata görə, aviaşirkət sərnişini qara siyahıya sala bilər. O, həmçinin sənəd saxtalaşdırılması şübhəsi ilə araşdırılır.