Suriyada 47 ildən sonra ilk: Əş-Şara özü test etdi - Video
Dünya
Suriyada 47 ildən sonra beynəlxalq ödəniş sistemi yenidən istifadəyə verilib.
News24.az xəbər verir ki, Suriya prezidenti Əhməd əş-Şara Dəməşqdə restoranda hesabı “Visa” kartı ilə ödəyib.
Hadisə ölkənin qlobal maliyyə sisteminə yenidən inteqrasiyası baxımından simvolik addım kimi qiymətləndirilib.
Beynəlxalq sanksiyalar səbəbindən uzun müddət qlobal maliyyə sistemindən təcrid olunan Suriyada bu addım yeni iqtisadi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
ABŞ-nin Suriyaya qarşı uzun illər tətbiq olunan məhdudiyyətləri yumşaltması və ölkənin beynəlxalq maliyyə sisteminə qayıtması bu prosesə şərait yaradıb.